Jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib
Azərbaycanda jurnalist Səbuhi Məmmədli uzun sürən xəstəlikdən sonra bu gün gecəı saatlarında vəfat edib. AYNA xəbər verir ki, bu barədə onun dostları sosial mediada bildiriblər.
Jurnalist 54 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, S.Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.
Bir neçə gün əvvəl səhhəti pisləşən jurnalist Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan jurnalistin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub. Daha sonra isə o, Yeni Klinikaya köçürülüb. Həkimlərin səyinə baxmayaraq, süni tənəffüs aparatına qoşulan S.Məmmədlinin həyatını xilas etmək mümkün olmayıb.
Jurnalist bu gün doğulduğu Ucar rayonunun Müsüslü kəndində dəfn ediləcək.
Allah rəhmət eləsin!