Saxta Putin, Robotputin, Neyroputin və ya…

Siyasət

21.07.2023 - 14:20

Keçmiş hökmdarların acı aqibəti və günün sualı: Rusiya taxtı kimə ötürüləcək?

İnformasiya məkanında həqiqi Vladimir Putinin olmadığı bir vaxtda hakimiyyət vakkumunu dolduran dublyor, həqiqi olanın uzaqlaşdırılması və ya ölümü halında yeganə “Putin” olaraq qalmaq üçün hər gün daha çox imkan əldə edir. Bu fərziyyəni “SVR generalı” adlı “Telegram” kanalı irəli sürüb və çoxları onunla razılaşır.

İctimai tədbirlərdə, Kremldəki görüşlərdə, hətta hökumətin iclaslarında dublyorun iştirakı ilə bağlı fərziyyələr getdikcə daha tez-tez eşidilir, bir çox ekspertlər başlarını sındrırlar: bu, belədir, ya yox? Amma indiyədək belə görüşlərdə iştirak edənlərdən heç biri həmkarının kimliyinə şübhə etməyə cürət etməyib. Və yalnız Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, “SVR generalı”na görə, Putinlə telefon danışığı zamanı "açıq-aşkar bildirib ki, BRİKS sammitində zirvə toplantısında iştirak edən dövlətlərin yüksək vəzifəli şəxslərini təsvir edən insanlar"ın iştirak etməsi yolverilməzdir və bu, sözlər Rusiya liderini ciddi şəkildə şoka salıb.

Priqojin üsyanından əvvəl, Putin yerinə dublyorların iştirakı barədə söz-söhbətlər yalnız 4 metrlik masada digər ölkələrin liderləri ilə görüşmələri ilə, Makron ilə görüşmələri, Viktor Orbanla qədəh toqquşdurmaqdan imtina etməsi kimi faktlara əsaslanaraq, onun öz sağlamlığı məsələsində xüsusi, manyakal ehtiyatlı olmasından xəbər verirdi. Bu söz-söhbətləri Kremlin lideri ilə görüşməli olan hər kəsin məcburi iki həftəlik karantin keçməsi ilə əlaqədar qərar da qüvvətləndirirdi.

Bu cür ehtiyat tədbirləri, hətta koronavirus pandemiyasının bitməsindən sonra belə, davam etdiyi üçün xeyli cavabsız suallar doğurdu - Rusiya Prezidentinin mümkün psixi pozğunluğundan tutmuş, iddia edilən onkologiya ilə əlaqədar immunitet sisteminin pozulmasına qədər.

Məşhur rus alimi, professor Valeri Solovey, eləcə də onun tez-tez efirə çıxan qonağı, yeri gəlmişkən, ən məşhur rusiyalı bloger Mark Feyqinin də qonağı olmuş okkultist Andrey Kosmaç çoxsaylı müsahibələrində və yayımlarında bu fikirlərin informasiya məkanında dolaşması üçün xeyli ipucları verirdi.

Lakin “Vaqner”çilərin Moskvaya qarşı yarımçıq kampaniyasından sonra fərqli vəziyyət yarandı. O ana qədər hamı xəstəlik və ya Putinin təbii olaraq həyatdan uzaqlaşması səbəbindən hakimiyyətin transferini gözləyirdi.

İndi biz artıq Rusiya dövlətinin bütün cəbhələrdə uğursuzluğa düçar olmuş birinci şəxsinin hakimiyyətdən uzaqlaşdırılmasından və ya sadəcə olaraq aradan götürülməsindən danışırıq. Çünki Ukraynaya qarşı uğursuz blitskrieg və nəticədə Rusiyanın dünya birliyi tərəfindən demək olar ki, tamamilə təcrid olunması, bir vaxtlar güclü rus avtokratının siyasi fiaskosu, müharibədə gözlənilən qaçılmaz məğlubiyyət və imperiyanın özünün ehtimal olunan dağılması hökmdarı bu və ya digər şəkildə taxt-tacdan məhrum etmək vəzifəsini qoydu.

Rusiyada dövlət çevrilişi təcrübəsi hadisələrin belə inkişafını nəzərdə tutur. I Aleksandr ölümünü səhnələşdirərək monastıra getdi, II Yekaterinanın göstərişi ilə III Pyotr öldürüldü, oğlu I Pavel də eyni aqibətlə üzləşdi, guya I Nikolay Krım müharibəsindəki məğlubiyyətdən sonra zəhər içdi, III Aleksandr zəhərləndi, oğlu II Nikolayın taleyi isə ən acınacaqlı oldu.

Sovet İmperiyasının bir çox liderləri də öz sələflərinin yolu ilə getdilər - guya Lenini Stalin zəhərləyib, Stalin də öz komandasından biri tərəfindən zəhərlənib, Xruşşov və Qorbaçov uzaqlaşdırılıb, Yeltsin getməyə məcbur olub və Putinin hakimiyyəti necə başa çatacaq - bir çox variant var, amma bir şey aydındır ki, o, tarixdə daha güclü hökmdar olaraq qalmayacaq. Bir çox variant var - ən yaxşı halda, Si Sinpinin köməyi ilə o, Tibet monastırına gedəcək, Andrey Piontkovskinin dediyi kimi, ən pis halda, yuxarıda sadalanan Rusiya dövlətinin liderlərinin yolu ilə gedəcək.

Və bundan sonra ən maraqlı səhnə başlayır. Rusiya taxtının boşalmasının rəsmən tanınıb-tanınmayacağı böyük sualdır. Putinin hakimiyyətinin yalançı Putin tərəfindən davam etdirilməsi ssenarisi çox realdır - dublyor hələlik Kremldəki kuklaoynadanların ciddi nəzarəti altında orada-burada görünməyə davam edəcək, sonrası isə, necə deyərlər, Allah kərimdir...

Və ya idarəçiliyi Robotputin və ya Neyroputinə həvalə etmək olar. Yəqin ki, mərhum Kovalçuk qardaşlarının dostları milyardlarla büdcə pulunu mənimsədikləri vətənlərinə belə bir xidmət edə bilərlər.

Müəllif: Mira Həsənova