Prezidentlər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Ermənistan Prezidenti Armen Sarkisyan Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib. AYNA xarici mediaya istinadən bildirir ki, telefon danışığı zamanı prezidentlər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, sözügedən telefon danışığı erməni tərəfinin Qarabağda münaqişənin kəskinləşməsindən sonra dünya liderlərinə etdiyi çoxsaylı telefon zənglərindən biridir.
Cəbhədəki uğursuzluqlar fonunda çarəsiz qalan Ermənistan rəhbərliyi buna qədər Rusiya, Almaniya, İran, Fransa liderlərinə, həmçinin, BMT Baş katibinə telefon zəngləri edib.