Şaraa kürd qüvvələri ilə yeni atəşkəs sazişini təsdiqləyib

Dünya

19.01.2026 - 09:12

Sazişə əsasən Suriya Demokratik Qüvvələri Fərat çayının şərq sahilinə köçürüləcək

Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa kürd qüvvələri ilə bütün cəbhələrdə atəşkəsi nəzərdə tutan yeni atəşkəs sazişini təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Suriya” TV məlumat yayıb.

Bildirilib ki, yeni sazişə əsasən, kürd koalisiyasının bütün bölmələri olan Suriya Demokratik Qüvvələri (SDF) Fərat çayının şərq sahilinə köçürüləcək.

Sənəd həmçinin hökumət ordusunun bazar günü ələ keçirdiyi Deyr əz-Zor əyalətindəki neft və qaz yataqlarının nəzarətinin Suriya hökumətinə keçdiyini təsdiqləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş