Samir Şərifov: “Müdafiə sahəsinə qoyulan xərclər 3,7 faiz artıb”

Xəbərlər

29.12.2020 - 12:10

Həkimlər Klinikalar SEO Xidməti

“Milli təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndiriməsi hər zaman dövlətimiz üçün prioritet məsələsi olub"

 

“Milli təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndiriməsi hər zaman dövlətimiz üçün prioritet məsələsi olub. Bu sahəyə qoyulan xərclər 3,7 faiz artıb”.

 

AYNA xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə 2021-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

 

Nazir qeyd edib ki, son 5 ildə dövlət büdcəsində sosialyönümlü xərclər 3,8 faiz çoxalıb: “Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün büdcə ilə bağlı müəyyən təkliflər irəli sürülüb. Bəzi cari məsələlər istisna olmaqla, əsas diqqət Qarabağa böyük qayıdış və bərpa işləri ilə bağlı aparılacaq işlərin təşkilinə yönəldilib”.

 

“Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Fərman imzalayıb. Əhaliyə dəyən ziyanın öyrənilməsi, prioritet ardıcıllıq nəzərdən keçirilir. Xüsusi dövlət proqramı layihəsi üzərində iş aparılır”, - deyə maliyyə naziri vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş