Şamaxıda partlayış: ölən var

Hadisə

22.10.2021 - 11:17

Həkimlər Klinikalar SEO Xidməti

Şamaxıda güclü partlayış olub

Oktyabrın 2-də Şamaxı şəhər sakini Mirdaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar partlayış baş verib.

Şamaxı Rayon Prokurorluğundan AYNA-ya  verilən məlumata görə, partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş