Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var

Hadisə

27.04.2024 - 01:17

Sürücü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib

Salyanda avtomobil traktorla toquşub. AYBA-nın APA-ya istinadən məlumatına görə, Bakı sakini, 1992-ci il təvəllüdlü Əhmədov Rəvan Mahmud oğlu idarə etdiyi "Tayota Prius" markalı avtomobili traktora çırpıb.

Nəticədə ağır xəsarət alan sürücü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az