Sakaşvili televiziyada aparıcılıq edəcək

Dünya

29.06.2021 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

Tok-şouda Gürcüstan ictimaiyyətinin nümayəndələri ilə görüşlərin, müzakirələrin aparılacağı qeyd edilir

 

Gürcüstanın keçmiş Prezidenti, Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri Mixail Saakaşvili telekanallardan birində tok-şou aparacaq. AYNA xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.

 

Şouda Gürcüstan ictimaiyyətinin nümayəndələri ilə görüşlərin, müzakirələrin aparılacağı qeyd edilir.

 

Saakaşvili Odessada yüzlərlə gürcü gənci bir araya gətirməyi nəzərdə tutan Gənclik Konqresinin yaradıldığını elan edib. Onun sözlərinə görə, mövzu yenilikdir.

 

Qeyd edək ki, 2017-ci ildə Saakaşvili ZIK telekanalında tok-şou aparıcılığı edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş