Nümayəndə heyətini aparan təyyarə İrəvan hava limanına eniş edib
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, nümayəndə heyətini aparan təyyarə İrəvan hava limanına eniş edib.
Ermənistan Xarici İşlər Nazirliyi Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini təsdiqləyib.
"Əlavə mətbuat açıqlaması daha sonra dərc olunacaq", - nazirlikdən bildirilib
Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir.