Sahibə Qafarova Ömər Barakat Əl-Nahar ilə görüşüb

Xəbərlər

24.11.2023 - 17:14

Milli Məclisin sədri ölkəmizdə yeni təyin olunmuş səfirlərlə müzakirə aparıb

Milli Məclisin sədri Sahibə Qafarova İordaniyanın Azərbaycandakı yeni səfiri Ömər Barakat Əl-Nahar ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, S.Qafarova ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib, onun fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib.

Azərbaycan ilə İordaniyanın iki dost və qardaş ölkələr olduğunu deyən Sahibə Qafarova ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu, hazırda müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirib.

Parlamentlərarası münasibətlərin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin vacib tərkib hissəsi olduğunu deyən Milli Məclisin sədri əlaqələrin mövcud səviyyəsini yüksək qiymətləndirib, münasibətlərin dərinləşməsində yüksək səviyyəli səfərlərin rolunu və dostluq qruplarının fəaliyyətini qeyd edib.

Sahibə Qafarova söhbət zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra regionda yaranmış yeni reallıqlardan danışıb.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Ömər Barakat Əl-Nahar ölkəmizdə diplomatik fəaliyyət göstərdiyi müddətdə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş