Qaz və kondensat üzrə ümumi gəlirlər 526 milyon 537 min ABŞ dolları təşkil edib
Bu il iyunun 1-nə olan məlumata görə, beş ay ərzində “Şahdəniz” yatağı (qaz və kondensat) üzrə ümumi gəlirlər 526 milyon 537 min ABŞ dolları təşkil edib.
AYNA xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun yaydığı məlumatda qeyd olunub.
O cümlədən, hesabat dövründə “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 144 milyon 522 min ABŞ dolları olub.