Sudan çıxarılan meyit aidiyyəti üzrə təhvil verilib
Fövqəladə Hallar Nazirliyi Şahbuzda su anbarında meyit tapılması barədə məlumat yayıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının FHN-nin "112" qaynar telefon xəttinə Şahbuz rayonunda su anbarının çətin keçilən dağlıq ərazidəki sahilində aşkarlanan kişi meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit qayıq vasitəsilə su anbarının digər sahilinə gətirilərək aidiyyəti üzrə təhvil verilib.