Sadır Japarovun adından Prezident İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib - FOTOLAR

Siyasət

12.10.2022 - 00:30

Həkimlər Klinikalar SEO Xidməti

Sadır Japarov: "Bizim ölkədə Heydər Əliyevin olduqca çox pərəstişkarı var"

Oktyabrın 11-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.

AYNA xəbər verir ki, rəsmi qəbulda konsert proqramı təqdim olunub.

Qırğızıstan Prezidenti Sadır Japarov Ulu Öndər Heydər Əliyevlə bağlı fotoalbomu dövlətimizin başçısına təqdim edib.

Prezident Sadır Japarov deyib: Hörmətli İlham Heydər oğlu, bizim ölkədə Heydər Əlirza oğlu Əliyevin olduqca çox pərəstişkarı var. Bu, boş sözlər deyil. Bu, sübutdur – mən əlimdə “Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyev barədə xatirə” albomunu tutmuşam. Bu albomu onun pərəstişkarları hazırlayıblar və məndən xahiş ediblər ki, onu Sizə çatdırım. İcazənizlə Sizə təqdim edirəm.

Prezident İlham Əliyev: Hörmətli Sadır Nurqojoyeviç. Belə xatirə hədiyyəsinə görə sağ olun. Biz burada videokadrlarda Heydər Əlirza oğlunun “Manas”ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, - mən onların hisslərinə şərikəm, - eyni hissləri, fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik. Lakin Siz mənə hələ bir kitab da bağışlamışınız.

Prezident Sadır Japarov: Bu, sadəcə, qırğızlar haqqındadır.

Prezident İlham Əliyev: Qırğızlar haqqında Azərbaycan dilində kitabdır. Bu kitab ona görə hörmətə layiqdir ki, biz öz dillərimiz - ortaq köklərə malik Azərbaycan dili və Qırğız dili vasitəsilə bir-birimizi anlamalıyıq, bir-birimizin tarixi ilə fəxr etməliyik və bu gün razılaşdığımız kimi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bizdən asılı olan hər şeyi etməliyik. Bir daha sağ olun.

Sadır Japarovun adından Prezident İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib - Sadır Japarovun adından Prezident İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib - Sadır Japarovun adından Prezident İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib - Sadır Japarovun adından Prezident İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib - Sadır Japarovun adından Prezident İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş