İki cinahımızda qarşıdurma: Biri demokratiyanı əzir, digəri teokratiyanı

Siyasət

13.07.2019 - 19:00

Zaur İbrahimli: “Dəyişən texnologiyalardır, müharibələr isə forması dəyişib və hibridləşib”

 

“Regionumuzda geosiyasi və imperiya savaşlarının əyani şahidi oluruq. 21-ci əsrdir, texnologilyar əsridir, deyirdik, dünya daha təhlükəsiz olar, deyirdik... Amma dəyişən elə texnologiyalardır, müharibələrin də yalnız forması dəyişib və hibridləşib”.

 

Bu barədə AYNA-ya siyasi şərhçi, jurnalist Zaur İbrahimli açıqlama verib. O, hazırda Azərbaycanın yerləşdiyi bölgədə yaşanan gərginliyə diqqət çəkib.

 

“Cənub istiqamətimizdə ABŞ İranı ram etməyə çalışır, Qərb istiqamətimizdə Rusiya Gürcüstanı dizi üstə gətirməyə səy göstərir. ABŞ-ın da, Rusiyanın da məramı eynidir, baxmayaraq ki, biri demokratik, liberal filandır, biri isə avtoritar, militralist filandır”, - bildirib.

 

“Rusiya demokartik Gürcüstanı əzir, ABŞ da teokratik İranı. Yəni Molla Nəsirəddin jurnalının yazdığı kimi: “Hər zadın təzəsi, təlim kitabının köhnəsi””, - İbrahimli vurğulayıb.

Müəllif: Ayna.az