Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Bakı şəhərinin Sabunçu rayonunda həyətyanı sahəyə yığılan ev əşyaları 8 m² sahədə yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.