Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 m² olan 1 otaqlı tikilinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.