Şabranda əkin sahəsində yanğın

Hadisə

10.07.2022 - 23:09

Həkimlər Klinikalar SEO Xidməti

Havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib

Şabranda əkin sahəsində yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş