Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Sabirabad şəhərində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində ümumi sahəsi 108 m² olan 2 otaqlı mənzilin 2 otağının tavanı, dam örtüyünün taxta atmaları 35 m² sahədə və ev əşyaları qismən yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.