Sabirabadda Kür sahilində kişi meyiti tapılıb

Xəbərlər

10.06.2023 - 23:18

Onun ölümünün səbəbi hələlik məlum deyil

Sabirabad rayonunda kişi meyiti aşkarlanıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Narlıq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Ağakişiyev Vüsal Ağakərim oğlunun meyiti Kür çayı sahilində tapılıb.

Onun ölümünün səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az