Sabirabadda iki azyaşlını avtomobil vurub

Hadisə

21.03.2023 - 04:19

Yaralılar Bakıya göndəriliblər

Sabirabadda 12 və 13 yaşlı uşaqları avtomobil vurub. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qəzli kəndində baş verib.

“VAZ 2106" markalı avtomobil yolu keçən Qəzli kənd sakinləri, 2012-ci il təvəllüdlü Xəlilov Özal Hafiz oğlu və 2013-cü il təvəllüdlü Muradov İmran Kamil oğlunu vurub.

Yaralılar Sabirabad xəstəxanasına aparıldıqdan sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə