Sabirabadda ağır qəza olub

Xəbərlər

10.03.2024 - 18:47

cedabet dərman SEO Xidməti

Üç nəfər ölüb

Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Zalqarağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Ərzuman Məzahir oğlu Süleymanov və 1978-ci il təvəllüdlü Zaur Xudayar oğlu Mədətov dünyasını dəyişib.

Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Elməddin Ağazadə oğlu Mustafayev Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun koma vəziyyətinə düşdüyü bildirilir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş