Sabirabadda 6 otaqlı ev yanıb

Xəbərlər

07.06.2023 - 13:01

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Sabirabadda 6 otaqlı evdə yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonunun Qaralar kəndində ümumi sahəsi 210 kvadratmetr olan birmərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2 otağının və aynabəndinin lambirdən və qamış örtükdən ibarət tavanı 90 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan çardağın taxta atmaları qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az