Sabirabadda 49 yaşlı qadın qətlə yetirilib

Hadisə

26.08.2024 - 20:57

Həkimlər Klinikalar SEO Xidməti

17 yaşlı oğlan şübhəli şəxs qismində saxlanılıb

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb. Sabirabad Rayon Prokurorluğundan AYNA-ya verilən məlumata görə, avqustun 26-da Sabirabad rayonu ərazisində 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş