Sabirabadda 15 ton ot yanıb

Xəbərlər

27.11.2023 - 00:28

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub

Sabirabadda yanğın olub, xəsarət alan var. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Bildirilib ki, rayonun Çiçəkli kəndində həyətyanı sahəyə yığılan 40 ton ot bağlamasının 15 tonu yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş