Ə.Hüseynov əqli cəhətdən məhdudiyyətlidir
Sabirabad rayonunun Mürsəlli kənd sakini, 1977-ci il təvəllüdlü Əjdər Hüseynov Sumqayıt şəhərində itkin düşüb. Bu barədə onun yaxınları AYNA-ya məlumat verib.
Məlumata görə, Əjdər Süleymanov qonaq olduğu Sumqayıt şəhəri 37 saylı məhəllədə yerləşən evdən günorta saatlarında çıxıb və bir daha geri qayıtmayıb.
Ə.Hüseynov əqli cəhətdən məhdudiyyətlidir. O, evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara cins şalvar və yun köynək olub.
Onu görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinə məlumat vermələri və (050) 487-08- 03 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.