Salome Zurabişvili: “Biz ölkənin legitim tərəfi kimi dəstəklənməliyik”
“Hər gün küçələrdə etiraz aksiyası keçirilir. Xalqın istəyi məhz yeni seçkilərin keçirilməsidir”.
AYNA gürcü mediasına istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq Prezidenti Salome Zurabişvili Tiflisdə davam edən etiraz aksiyalarından danışarkən deyib.
Sabiq Prezident qeyd edib ki, onların yeni seçki tələbi dəstəklənməlidir: “Biz ölkənin legitim tərəfi kimi dəstəklənməliyik. Çünki legitimlik xalqsız mövcud deyil”.