Sabahın havası: dağlıq rayonlarda yollar buz bağlayacaq

Xəbərlər

07.02.2025 - 14:11

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda sulu qar yağacağı ehtimalı var

Azərbaycanda fevralın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Səhərdən yarımadanın bəzi yerlərində sulu qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 2°, gündüz 3°-dək isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunu, nisbi rütubət 70-75 faiz təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 0-4°, gündüz 5-8° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 10-15°, gündüz 2-6° şaxta olacağı bildirilir. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş