Sabahın havası: dağlıq ərazilərə dolu düşəcək

Xəbərlər

29.04.2024 - 15:36

Bakıda 30, rayonlarda 32 dərəcə isti gözlənilir

Azərbaycanda aprelin 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Gecə 14-17°, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 30-40 faiz təşkil edəcək.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 12-17°, gündüz 27-32° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Müəllif: Ayna.az