Sabahın havası: Bakıda duman olacaq

Xəbərlər

24.11.2023 - 14:15

Rayonlarda 20 dərəcə isti gözlənilir

Noyabrın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Gecə 8-11° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş