Sabahın havası: 22 dərəcə isti olacaq

Xəbərlər

07.05.2026 - 14:36

Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

Mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəyi ehtimalı var.

Gecə 12-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 65-70 %, gündüz 45-55 % təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 10-14° isti, gündüz 17-20° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-20° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş