Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

22.03.2026 - 15:16

Rayonlarda bəzi yerlərdə yağış yağacaq

Martın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq.Şimal-qərb küləyi əsəcək.

Gecə 7-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 7-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 16° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş