Bakıda 34, rayonlarda 35 dərəcə isti gözlənilir
Azərbaycanda iyunun 13-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Gecə 20-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.