Sabahın hava proqnozu açıqlanıb

Xəbərlər

03.02.2023 - 13:41

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq

Fevralın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Gecə 2-4°, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək.

Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Müəllif: Ayna.az