Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir
Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-16, gündüz 19-21 dərəcə olacaq. Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə olacaq.