Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var
Martın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.
Gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65 % olacaq.
Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman. Şərq küləyi əsəcək.
Gecə 1-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.