Bakıya qar yağacaq
Yanvarın 24-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Gecə və gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Rayonlarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək. Gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.