Sabahın hava proqnozu

Xəbərlər

21.09.2023 - 16:58

Yüksək dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir

Azərbaycanda sentyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Şimal-şərq küləyi əsəcək.

Gecə 16-19°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 767 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Rayonlarda bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli, leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 4-9°, gündüz 12-17° isti olacağı ehtimal edilir.

Müəllif: Ayna.az