Sabahən hava proqnozu

Xəbərlər

02.02.2023 - 15:14

Hava yağıntılı olacaq

Fevralın 3-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Gecə 2-4°, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Rayonlarda bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi, axşam tədricən kəsiləcəyi ehtimalı var. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Gecə 0-5°, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Müəllif: Ayna.az