Sabahdan ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyatı başlayır

Xəbərlər

24.09.2020 - 11:02

cedabet dərman SEO Xidməti

Qeydiyyat ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir

 

Tələbə adı qazananlar sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

 

Qeyd olunub ki, qeydiyyat ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir. Abituriyentlər ali məktəblərin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər.

 

Ali təhsil müəssisələrinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş