Sabaha hava proqnozu

Xəbərlər

05.03.2020 - 13:20

Həkimlər Klinikalar SEO Xidməti

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq

 

Bakıda və Abşeron yarımadasında martın 6-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.

 

Azərbaycanın rayonlarında

 

Martın 6-da hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Martın 6-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş