Sabaha hava proqnozu

Xəbərlər

23.12.2019 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda gecə 6-8°, gündüz 11-13° isti olacaq

 

Bakıda və Abşeron yarımadasında dekabrın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq.

 

Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 11-14°, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş