Sabah İran və Rusiya Xəzərdə birgə hərbi təlimə başlayacaq

Dünya

20.07.2025 - 23:04

“Birləşmiş Dəniz Xilasetmə Təlimi 2025” 3 gün davam edəcək

Sabahdan İran və Rusiya Xəzər dənizində birgə hərbi təlimə başlayacaq.

AYNA.AZ “Tasnim” agentliyinə istinadən xəbər verir ki, “Birləşmiş Dəniz Xilasetmə Təlimi 2025” (CASAREX2025) 3 gün davam edəcək.

Təlimə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri, İran Polis Komandanlığı, Rusiya Hərbi Dəniz Qüvvələri qatılacaq. Təlim “Təhlükəsiz Xəzər dənizi üçün birlikdə” devizi ilə keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş