Sabah hava necə olacaq?

Xəbərlər

27.02.2023 - 14:52

Fevral ayının son gününün hava proqnozu açıqlanıb

Fevralın 28-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, cənub küləyi əsəcək.

Gecə 4-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Rayonlarda əsasən yağmursuz hava müşahidə ediləcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək. Gecə 3-7° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş