Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbərlər

19.03.2023 - 15:14

Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

Bu barədə AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 20-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Müəllif: Ayna.az