Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Xəbərlər

25.09.2020 - 12:26

cedabet dərman SEO Xidməti

Sakinlərdən ciddi zərurət yaranmadığı halda küçəyə çıxmamaq xahiş olunur

 

Sabah səhər saatlarından etibarən paytaxtda dezinfeksiya işləri aparılacaq. Bu barədə AYNA-ya Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

 

Bildirilib ki, şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

 

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş