Sənədləri olmayan “TOZ-18” markalı ov tüfəngləri aşkarlanıb
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakinləri F.Əhmədovdan və A.Süleymanovdan müvafiq sənədləri olmayan “TOZ-18” markalı ov tüfəngləri aşkarlanıb.
Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.