Rüstəm Muradov Rusiya Quru Qoşunlarının Baş komandanının müavini təyin edilib

Dünya

02.12.2024 - 00:19

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi hələ Rüstəm Muradovun təyinatını rəsmən açıqlamayıb

Rusiya Qəhrəmanı general-polkovnik Rüstəm Muradov Quru Qoşunlarının Baş komandanının müavini vəzifəsinə təyin edilib.

AYNA-nın xəbərinə görə, bu barədə məlumatı RBC-yə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə təsdiqləyib.

Qeyd edək ki, 2014-cü ildən Rusiya Quru Qoşunlarının Baş komandanı general Oleq Salyukovdur.

Müdafiə Nazirliyi hələ Rüstəm Muradovun təyinatını rəsmən açıqlamayıb.

Xatırladaq ki, Rüstəm Muradov əvvəllər Ukraynada hərbi əməliyyatlar zonasında “Şərq” Qoşun Qruplaşmasının komandiri olub. 2022-ci ilin oktyabr ayından Şərq Hərbi Dairəsinin birgə strateji komandanlığına rəhbərlik edir.

Rüstəm Muradov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin ilk komandanı olub.

Müəllif: Ayna.az