Rusiyalı diplomat Finlandiya XİN-ə çağırılıb

Dünya

11.06.2025 - 17:28

cedabet dərman SEO Xidməti

Rusiya təyyarəsinin Finlandiya hava məkanını pozduğu iddia edilir

Rusiyalı diplomat Rusiya təyyarəsinin Finlandiya hava məkanını pozduğu iddiası ilə Finlandiya Xarici İşlər Nazirliyinə çağırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“XİN bu gün Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini bu məsələ ilə bağlı danışmağa dəvət edib”, - nəşr yazıb.

Mayın 26-da Finlandiya XİN Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsova iki rus qırıcısının Finlandiya hava məkanını pozması ilə bağlı etiraz notası təqdim edib. Səfirə Finlandiyanın iddia edilən sərhəd pozuntusunu ciddi qəbul etdiyi bildirilib və məsələyə rəsmi aydınlıq gətirilməsini istəyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş