Rusiyalı biznesmen Ermənistanda yeni siyasi hərəkat yaratdığını elan edib

Dünya

14.07.2025 - 12:53

Samvel Karapetyan: "Bizim Ermənistanda yaxşı gələcək qurmaq üçün öz baxışımız var”

Ermənistanda həbs edilən rusiyalı iş adamı Samvel Karapetyan ölkədə yeni siyasi qüvvənin yaradıldığını açıqlayıb. AYNA.AZ xəbər verir ki, bəyanat biznesmenin “Facebook” səhifəsində dərc edilib.

"Bizim Ermənistanda yaxşı gələcək qurmaq üçün öz baxışımız var. Biz həmfikirlərlə daxili siyasi əməkdaşlığı istisna etmədən, yeni komandamızla öz yolumuzla gedəcəyik", - iş adamı vurğulayıb.

Karapetyan iyulun 4-də İrəvanda keçirilən mitinqə gələn tərəfdarlara təşəkkür edib və siyasi hərəkatın formalaşmasına başladığını elan edib. İş adamı digər müxalifət qüvvələrlə əməkdaşlığı istisna etməyib və onlara hörmətlə yanaşdığını vurğulayıb.

O Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanı ölkəni “ağ-qara”ya bölmək siyasəti yürütməkdə ittiham edib və siyasətçinin çevrəsində onun hərəkətləri ilə razılaşmayanların olduğunu bildirib.

Qeyd edək ki, iyulun 8-də Ermənistan təhlükəsizlik qüvvələrinin nümayəndələri Karapetyanın “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin baş ofisində axtarışlar aparıblar. Ölkənin hakimiyyət orqanları şirkətin milliləşdirilməsi haqqında qanun da qəbul edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş