Rusiyadan gətirilən qaçaqmal siqaretlər müsadirə olunub

Hadisə

06.02.2020 - 15:33

Həkimlər Klinikalar SEO Xidməti

"Samur" gömrük postunda "Belomorkanal" markalı papiroslar aşkarlanıb

 

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Belomorkanal" markalı papirosların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

 

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Bildirilib ki, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 210740" markalı nəqliyyat vasitəsi saxlanılıb və yoxlama aparılıb.

 

Yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 3750 ədəd "Belomorkanal" markalı papiroslar aşkar olunub.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş